Hesabat Tech MMC

Hesabat Tech MMC

Rəqəmsal dünyada güvənli addımlar

Hər bir layihəyə fərdi yanaşaraq, müştərilərimizin real ehtiyaclarına uyğun effektiv həllər təqdim edirik.

Project Complete
0 +
Happy Clients
0 +
Client Statictions
0 %

Haqqımızda

Biznesiniz üçün sadə həllər

HTech MMC şirkəti 24 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmi dövlət qeydiyyatına alınmışdır. Şirkətimiz qısa müddət ərzində təqdim etdiyi məhsul və müştərilərə göstərilən peşəkar xidməti ilə 100-dən artıq partnyor şirkətlərin güvənini qazanmışdır.

Missiyamız

Missiyamız — kiçik və orta bizneslərin inkişafını asanlaşdıran texnologiyalar yaratmaq, müştərilərimiz üçün davamlı dəstək və etibarlı tərəfdaşlıq təmin etməkdir.

Vizyonumuz

Azərbaycan və regionda texnologiya sahəsində lider mövqeyə yüksəlmək və rəqəmsal inkişafın aparıcı qüvvəsinə çevrilmək.

Məhsullar

Gələcəyin biznesini bu gün qurun

HT Kadr

İşçi qəbulundan məzuniyyətə, əmək müqaviləsindən əmək haqqı hesablanmasına qədər bütün kadr proseslərini vahid platformada izləyin və idarə edin. HTKadr ilə həm vaxtınıza, həm resurslarınıza qənaət edin.

HT Cloud

HTCloud müasir bizneslərin ehtiyacına uyğun hazırlanmış platformadır. Satış, alış, anbar və maliyyə əməliyyatlarını bir sistemdə birləşdirir. İstənilən cihazdan təhlükəsiz daxil olub hesabatlara real vaxtda baxın.

HT Pos

Satış və kassaların effektiv idarə olunması üçün ideal həll. Anbar, kassa, müştəri və satış əməliyyatlarını bir platformada birləşdirən güclü POS sistemimizlə işlərinizi sürətləndirin və nəzarəti əlinizdə saxlayın.

Niyə biz

Texnologiyanın gücünü işinizin inkişafına yönəldirik

HTech komandası olaraq müəssisələrin mühasibat, vergi, kadr və satınalma proseslərini rəqəmsallaşdıran tam inteqrasiya olunmuş proqram təminatları təqdim edirik. Məqsədimiz müştərilərin istəklərini diqqətlə dinləmək, səmimi münasibət qurmaq, sorğu və müraciətlərinə anında cavab vermək, hər müştəriyə fərdi yanaşmaq, bir sözlə onların güvənini qazanmaqdır.

Xidmətlər

Texnologiya ilə dəyişən gələcək

Məlumat miqrasiya sistemlərinin inteqrasiyası

Mövcud məlumatların əvvəlki sistemdən yeni platformaya itkisiz köçürülməsi və digər sistemlərlə inteqrasiya təmin olunur, problemsiz həyata keçirilir.

Texniki dəstək

Texniki dəstək xidməti — proqram təminatında yaranan hər hansı texniki problem, xəta və ya istifadə zamanı çətinliklərlə bağlı müştərilərə operativ yardım göstərilməsi xidməti.

İstifadəçi dəstəyi

Proqram təminatının gündəlik istifadəsində çətinliklə qarşılaşan müştərilərimizə operativ və ardıcıl dəstək göstəririk. Məqsədimiz — istifadənin rahatlığını və müştəri məmnuniyyətini təmin etməkdir.

Sistemlərin inteqrasiyası

Müxtəlif proqram təminatlarının və platformaların bir-biri ilə sinxron şəkildə işləməsini təmin edirik. Bu, daxili əməliyyatlarda effektivliyi artırır, məlumat axınını sürətləndirir və insan müdaxiləsini minimuma endirir.

Birlikdə böyük nailiyyətlərə imza ataq

İnnovasiya, güvən və texnologiya ilə biznesinizin inkişaf yolunu bizimlə kəşf edin. Hesabat Tech – uğurunuzun rəqəmsal yol yoldaşı.